Patruşev üzr istədi...

692 29-10-2022, 10:58 dunya

Patruşev üzr istədi...Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev köməkçisi Aleksey Pavlovun dini yəhudi cərəyanı olan Lubaviç hasidilərinin, demək olar ki, terrorçu sekta kimi təqdim olunduğu məqaləsi ilə razılaşmadığını bildirib.

Xeberdar.net xəbər verir ki, "İnterfaks"-ın məlumatına görə, N.Patruşev qeyd edib ki, Pavlovun dedikləri onun dövlətin mövqeyini əks etdirməyən şəxsi fikirlərindən başqa bir şey deyil.

Rusiya rəsmisi sensasiyalı məqaləni dərc edən “Arqumentı i faktı” qəzetinin oxucularından mətndə yer alan yanlış mülahizələrə görə üzr istəyib. Təhlükəsizlik Şurasının katibi insidentdən sonra Pavlov haqda görülən tədbirlər barədə də məlumat verib. Pavlovun məqaləsində “Habad Lubaviç” yəhudi dini hərəkatı “ənənəvi inanclardan uzaq” sekta kimi təsnif edilir və guya Ukraynanın mənəvi ab-havasını müəyyənləşdirir. Rusiya yəhudi təşkilatları bu materialın dərcini pisləyib, hüquq-mühafizə orqanlarından araşdırma aparılmasını tələb ediblər...

XƏBƏR LENTİ