Əhməd Cavad 130-Tahir Bağırov adına 59 saylı məktəb" Əhməd Cavad dünyası " adlı tədbir keçirdi-VİDEO


Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünü qeyd etmək məqsədi ilə " Əhməd Cavad dünyası " adlı tədbir keçirildi . Tədbir məktəbimizin Azərbaycan dilli və ədəbiyyat müəllimi Səmayə Səmədovanın və istedadlı şagirdlərin birgə əməyi nəticəsində ərsəyə gətirilmişdir .
Tədbirdə Əhməd Cavadın bir-birindən seçilməyən azadruhlu şeırləri , istiqlal şairimizin sözləri əsasında yaradılmış Azərbaycanın dövlət rəmzi sayılan Himnimiz , onun sözlərinə bəstələnmiş " Şükriyyəm üçün " , "Çırpınırdı Qara dəniz " , " Can can-can Azərbaycan " kimi dəyərli musiqi inciləri istedadlı şagirdlər tərəfindən ifa olundu . Tədbirdə həmçinin milli rəqslərimizdən olan " Uzundərə " rəqsi , "Səsli qız " poemasından bir parça səsləndirildi . Əhməd Cavadın və onun həyat yoldaşı olan Şükriyyə xanımın həbs olunma anları şagirdlər tərəfindən nümayiş olundu .
Sonda məktəbin direktoru Pikə Əhmədova başda Səmayə müəllimə olmaqla tədbirin möhtəşəm təşkilinə görə əziyyəti keçən hər kəsə minnətdarlığını bildirdi.

Xeberdar.net

Əhməd Cavad 130-Tahir Bağırov adına 59 saylı məktəb" Əhməd Cavad dünyası " adlı tədbir keçirdi-VİDEO

  • 11-12-2022, 11:17
  • 426


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI