Neftçala İcra başçısının kəlləməyallaq tikinti işləri

596 21-12-2022, 14:16 cemiyyet / bolge / gundem

Neftçala İcra başçısının kəlləməyallaq tikinti işləri

Bildiyiniz kimi, bu yaxınlarda Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Bununla bağlı Neftçala rayonunun mərkəzi küçələrində qazıntı işləri aparılırdı. Amma nə oldusa, birdən-birə icra başçısı dağılmış yolları təmir etdirmək qərarına gəldi.

Araşdırma apardıq ki, icra başçısı Mirhəsən Seyidovun məqsədi nədir ki, kanalizasiya sistemlərinin çəkilişini dayandırıb, yollara yenidən asfalt örtüyü döşədir.Çünki mərkəzdə olan yollar normal vəziyyətdə idi. Kanalizasiya xətlərini çəkmək üçün sökülmüşdü. İstər-istəməz insanda fikir yaranır ki, bu adam dəli deyil ki, kanalizasiya xətti bitməmiş, sökülmüş yolun yenidən üstünü örtdürür.Məsələni bir az araşdırandan sonra məlum oldu ki, icra başçısı Mirhəsən Seyidov prezident İlham Əliyevin Neftçalaya səfərini düşünüb.

Əvvəla onu qeyd edim ki, bu adamda olan ağıl küpü heç kəsdə yoxdur.Çünki bu adam kanalizasiya çəkilməmiş sökülən yolu asfaltlayır ki, prezident İlham Əliyev Neftçala rayonuna gəlib getsin,sonra yenidən yolu söküb kanalizasiya çəkərlər.

Çox güman ki, o, yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün bu yola əl atıb. Yəqin ki, yuxarı dairələrə hər şeyin hazır olduğunu deyib, amma indi iş bitmədiyi üçün bu yola əl atır.

Yolların və kanalizasiya sistemlərinin tikintisinin smeta dəyəri hesablanır və işlər görülür.Burada sual yaranır, eyni işi 3 dəfəyə görən bu insanlar əlavə pulu haradan alırlar?

Neftçala rayon sakinləri icra başçısı Mirhəsən Seyidovun yarıtmaz fəaliyyəti görüb,keçmiş icra başçısı İsmayıl Vəliyevin ölənlərinə rəhmət oxuyurlar. Neftçala rayonu, 20 Yanvar küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, adının çəkilməsini istəməyən bir sahibkarın sözlərinə görə,icra başçısı Mirhəsən Seyidov ,bütün obyektlərə gedən avtomobil yolları səki yollarla bağlatdırıb.Yanğın girişi belə qoyulmayıb ki, sabah bir gün nəsə hadisə baş versə hadisə yerinə FHN-nin əməkdaşları daxil ola bilsinlər.Onun sözlərinə görə, icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun nə etmək istəyir, bilmirik. Uzun sözün qısası, Neftçala rayon sakinləri doğrudan da səbirsizliklə Prezident İlham Əliyevin rayona gəlib-getməsini istəyirlər.

XƏBƏR LENTİ