Məmurun NƏ VECİNƏDİR Kİ... - NARAZILIQ VAR!

297 21-12-2022, 16:29 cemiyyet

Məmurun NƏ VECİNƏDİR Kİ... - NARAZILIQ VAR!Kəlbəcər rayon 127 saylı orta məktəbi dağılmaq üzrədir. Məktəbin tavanı çöküb, döşəməsi çürüyüb, parta və yazı taxtaları sınıq-salxaqdır.

Rayonun Həsənqaya kəndində yerləşən bu təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkünlər məskunlaşan ərazidə fəaliyyət göstərir.

Məktəbdə 20-dən artıq şagird təhsil alır. Təhsil ocağının mövcud vəziyyəti şagirdlərin və müəllimlərin həyatı üçün təhlükə mənbəyidir.

Sakinlərin sözlərinə görə, qış aylarında vəziyyət daha da acınacaqlı olur. Sinif otaqları odun sobaları ilə qızdırılır deyə uçuq-sökük olduğundan qızmır.

Modul tipli məktəb tikilməsini istəyirlər

Valideynlər bildirir ki, müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təmin olunmuş məktəblərin olduğu bir vaxtda Həsənqaya uşaqlarının belə məktəbdə təhsil alması utancvericidir. Məktəb demək mümkünsə...

Həsənqaya sakinləri övladları üçün modul tipli məktəb tikilməsini istəyirlər.

Məktəb rəhbərliyi yeni məktəb tikintisi ilə bağlı aidiyyatı qurumlara müraciət olunduğunu bildirir. Rəsmi qurumlardan verilən cavaba görə, sözügedən məktəbin yenidən tikintisi gözlənilmir.

XƏBƏR LENTİ