Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Fransa təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub.
Xeberdar.net-in məlumatına görə, bu barədə Afrika və Madaqaskar Hava Naviqasiyasının Təhlükəsizliyi Agentliyinin (ASECNA) açıqlamasında bildirilib.
“Nigerin hava məkanı Fransa təyyarələri və ya Fransa tərəfindən icarəyə götürülmüş, o cümlədən Fransa Hava Yollarına məxsus təyyarələr istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya uçuşları üçün açıqdır”, - ASECNA-nın bəyanatında deyilir.