İsveçdə məsciddə güclü yanğın baş verdi

57 25-09-2023, 22:47 dunya

İsveçdə məsciddə güclü yanğın baş verdiİsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib.

Xeberdar.net-in məlumatına görə,hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.

“Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur”, - deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.

Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər.

Fövqəladə Xidmətin məlumatına görə, binada heç nə partlamayıb.

XƏBƏR LENTİ