FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndidə fəaliyyətə başlayıb

197 28-09-2023, 10:44 cemiyyet

FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndidə fəaliyyətə başlayıbOnlar tərəfindən müvafiq işlər həyata keçirilir

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.

XƏBƏR LENTİ