Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib

214 5-10-2023, 14:22 cemiyyet

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilibŞəhid Veravul kənd qəbiristanlığında torpağa tapşırılıb

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçi Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib. Xeberdar.net-in “Report”a istinadən məlumatına görə, mərasimdə yaylım atəşi açılıb, daha sonra şəhid Lənkəran rayonunun Veravul kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmilərlə yanaşı, rayon sakinləri, qazilər, müharibə iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.

Bildirilib ki, Y.Xəlilov həm də 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və yaralanıb.

Mərasimdə şəhidlərimizin qanının yerdə qalmadığı, bu günə qədər xalqımıza qarşı mənfur düşmənin törətdiyi heç bir cinayətin cavabsız qalmayacağı, hər bir caninin haqq etdiyi cəzasını alacağına əminlik qeyd edilib.

Şəhidin tabutuna bükülən Dövlət Bayrağı onun ailə üzvlərinə təqdim olunub.

XƏBƏR LENTİ