Məşhur hakimin oğlu həbs edildi – Dələduzluqda ittiham edilir

77 16-01-2024, 14:18 kriminal

Məşhur hakimin oğlu həbs edildi – Dələduzluqda ittiham edilirTərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib.

Barədə “Gününsəsi.info” özəl mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, məhkəmə sədrinin oğlu dələduzluqda günahlandırılır. İstintaq orqanının təqdimatı ilə onun barəsində həbs - qətimkan tədbirinin seçildiyi deyilir.

Məlumata görə, Məzahir Quliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb onun ikinci dəfə eyni cinayətdə təqsirli bilinməsidir. Belə ki, Məzahir Quliyev daha əvvəl dələduzluq əməlinə görə şərti cəza alıb.

Xatırladaq ki, hakim İlqar Quliyevin “Tərtər İşi” çərçivəsində barəsində ağır cəzalar təyin etdiyi xeyli sayda hərbçi sonradan bəraət alıb.
Xeberdar.net

XƏBƏR LENTİ