Belarus ŞƏT-in tamhüquqlu üzvü olub

262 4-07-2024, 13:17 dunya

Belarus ŞƏT-in tamhüquqlu üzvü olubBelarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub.

Xeberdar.net-in məlumatına görə, sənədin imzalanması mərasimi ŞƏT Dövlət Başçıları Şurasının iclasının keçirildiyi Astanada Müstəqillik Sarayında baş tutub.

Beləliklə, Belarus ŞƏT-in tamhüquqlu, onuncu üzvünə çevrilib. Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan təşkilatda oxşar statusa malikdir.

XƏBƏR LENTİ