Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildi

202 1-02-2025, 10:01 dunya

Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildiAlmaniya parlamentinin üzvləri (Bundestaq) üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) Ukraynaya 3 milyard avroluq yardımı paketi barədə qətnaməsini qəbul ediblər.

Bu barədə TASS məlumat yayıb.

ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib.

"Almaniya üçün Alternativ", "Sara Vaqenknextin İttifaqı" və solçu partiyalar layihəyə qarşı çıxıblar.

Almaniya Sosial Demokrat Partiyası (ASDP) və "Yaşıllar" partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.

XƏBƏR LENTİ