Türkiyədə HDP-li deputatın mandatı ləğv edildi –Səbəb

641 11-01-2018, 22:52 dunya / gundem

Türkiyədə HDP-li deputatın mandatı ləğv edildi –Səbəb
Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən səsvermə nəticəsində Ağrı vilayətindən seçilən HDP-çi millət vəkili Leyla Zananın mandatı ləğv edilib.

Xeberdar.net Türkiyə mətbuatına istinadən məlumat verir ki, Leyla Zamanın işinə məsuliyyətsiz yanaşması mandatının ləğvinə səbəb olub.

O, 1 oktyabr 2016-cı ildən 30 aprel 2017-ci il arasında keçirilmiş 2012 iclasa qatılmayıb. Onun mandatının ləğvinə 324 depuatdan 302-ci "hə" deyib. 22 nəfər isə təklifin əleyhinə səs verib.

Xeberdar.net

XƏBƏR LENTİ