Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi

Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi
Məktəb direktoru möhürü vermək üçün rayon İcra hakimiyyəti başçısının I müavini Qasım Qasımovla bağlı şərtinin olduğunu deyib

Ölkənin təhsil sahəsində son bir neçə ildə ən şokedici hadisələrin baş verdiyi əyalətlərdən biri, bəlkə də birincisi Şamaxı rayonudur. Kənd məktəblərindən birində baş vermiş müəllim – şagird “münasibətlərinin” biabırçı sonluğu hələ də yaddaşlardadır. Ötən gün Conflict.az-a Şamaxı rayon İcra hakimiyyətndəki mənbədən maraqlı məlumat daxil olub. Məlumata əsasən kənd məktəblərindən birində (kəndin və məktəb direktorunun adı redaksiyaya məlumdur. Araşdırmalarımız davam etdiyi üçün hələlik ad çəkmirik – redaksiya) aparılan yoxlamaların nəticəsi olaraq həmin təhsil ocağının direktoru rayon təhsil şöbəsinn təqdimatı əsasında TN-in müvafiq əmri ilə vəzifəsindən azad edilib.
Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi
Rayon TŞ-nin nümayəndəsi məktəbə, direktordan möhürü təhvil almağa gələndə təhsil ocağının artıq eks olan rəhbəri şöbə əməkdaşının qanuni tələbinə əməl etməyib. Mənbənin verdiy məlumata görə məktəb direktoru möhürü vermək üçün rayon İcra hakimiyyəti başçısının I müavini Qasım Qasımovla bağlı şərtinin olduğunu deyib: Biz bir ay öncə Qasım müəllimlə görüşmüşük. I müavin özü bilir mən nəyi nəzərdə tuturam. Ya nazirliyin əmrini geri götüzdürün, ya da...
Mənbənin iddia etdiyinə görə ixtisasca bədən tərbiyəsi müəllimi olan və artıq 24 ildir ki, həmin məktəbə rəhbərlik edən direktor hətta latın qrafikası ilə yazmağı belə bacarmır. Qəribədir özü təhsil müəssisəsinə rəhbərlik edən bir şəxsin bu qədər müddətdə latın qrafikasını öyrənə bilməmsindən görəsən aidiyyatı strukturların xəbəri yoxdurmu? Məlumatda o da qeyd edilir ki, məktəb direktorunun şərti RİH başçısını I müavini Qasım Qasımovu olduqca narahat edib. Mənbə əlavə olaraq bildirdi ki, rayon təhsil şöbəsinin müdiri, xalası oğlu Eyvaz Eminalıyevi İH-yə dəvət edən I müavin, onu Təhsil nazirliyinə gedərək, məsələni direktorun xeyrinə həll etmək üçün görəvləndirib. Xatırladaq ki, mənəbnin iddiasına görə bu məsələ ilə bağlı baş verən hadisə RİH-nin başçısı Asif Ağayevdən gizlədilir. I müavin bu tip məsələləri əsasən icra başçının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova ilə birlikdə həyata keçirir.
Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi
Axşam saatlarında Şamaxı RİH-dəki mənbədən daxil olan məlumatda bildirilirdi ki, iş gününün sonunda icra hakimiyyətinin inzibati binasına gələn məktəb direktoru gec saatlara qədər I müavin Qasım Qasımovun iş otağında olub. Mənbə əlavə olaraq bildirdi ki, rayon təhsil şöbəsinn müdiri Eyvaz Eminalıyevin Təhsil nazirliyində apardığı danışıqlar nəticəsini verib. Belə ki, problem qismən həll edilib. Məktəb direktoru yenidən vəzifəsinə bərpa eilib, lakin...

Bizi izəlyin.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi

  • 16-02-2018, 10:44
  • 195


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI