Hadisə rayonun Rəsulzadə qəsəbəsində, Azadlıq prospektində qeydə alınıb.
1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu bıçaq xəsarəti ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub. Əməliyyat zamanı zərərçəkənin 6 bıçaq xəsarəti aldığı məlum olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 29.120.1-ci (ölümə cəhd) maddəsi ilə cinayət işi başlanıb. X.Kələntərovun taksi fəaliyyəti ilə məşğul olduğu və mübahisənin də iş vaxtı baş veridyi bildirilir. Baş vermiş cinayətlə bağlı hələlik saxlanılan şəxs yoxdur.(ölkə.az)