"Erməni-aysori qüvvələrinin Cənubi Azərbaycanın Urmiya və Salmas bölgəsində Türk-Müsəlman əhaliyə qarşı soyqırımı (1914-1918-ci illər)"

1 123 7-03-2018, 15:46 siyaset / gundem

"Erməni-aysori qüvvələrinin Cənubi Azərbaycanın Urmiya və  Salmas bölgəsində Türk-Müsəlman əhaliyə qarşı soyqırımı (1914-1918-ci illər)"


.....“Antanta”nın himayəsiylə yaradılmış xristian “dövlət”inin aysorlarla ermənilərədn ibarət “xristian ordusu” 1918-ci il fevralın sonuna yaxın Urmiyada geniş miqyaslı soyqırım həyata keçirməyə başladılar (6, s.104). Məlikzadə yazır: “22 fevral 1918-ci il cümə günü axşamı Urmiya əhalisinin 3 günlük qırığnı başlandı. Petrosun əmri ilə Əsgərxan məhəlləsininaysorları müsəlmanlar yaşayan qonşu mənzillərə hücum etdilər. Belə bir sürətlə və vəhşicəsinə hücumu gəzləməyən müsəlmanlar gözlənilmədən yaxalandılar. Aysorlar evə hücum etdikdən sonra ev sahiblərini öldürür, evin əşyalarını qarət edir, sonra yandırırdılar. Bu zaman müsəlmanların bir qrupu öldürülümüş, yalnız silahı olan bir neçə nəfər özünü, malını və namusunu qorumaq qərarına gəlişdilər və qarşılıqlı olaraq güllə atırdılar. Müsəlmanlar xəbərsiz və qəfil yaxalanmışdılar, ona görə də can və mallarını qurtarmaq üçün vahid cəbhədə birləşə bilmədilər” (3, s.117). Məlikzadə yazır: “O gün şəhərin görkəmi təəssüf doğuran və qorxunc idi. Bir yandan aysorların əlində olan topların uğultusu və tüfəngin arası kəsilməyən səsi, başqa bir yanda isə şəhərin üzərində müsəlmanların yanan evlərinin işığı və tüstüsü görünür, şəhər daxilinə və küçələrə pənah aparan yaralıların, qadınların, uşaqların naləsi və fəryadı eşidilirdi. Rus və fransız əsgərlərinin bir qrupu da onların (aysorlarla ermənilərdən ibarət xristian ordusunun) geyimini geyərək qətl-qarətdə iştirak edirdilər” (3, s.118).
1918-ci il fevralın 23-də Urmiyada Türk-müsəlman əhaliyə qarşı qırığınları davam etdirən “xristian ordusu”nun bu vəhşiliyi qarşısında sağ qalan urmiyalılar sülh axtarışında idilər. Çünki rus, ingilis və amerikan konsullarından aldıqları göstəriş əsasında hərəkət edən “xristian ordusu”nun əsas məqsədi Urmiyanın türk-müsəlman əhalisini tamamilə məhv etmək idi. Bu anlamda Urmiyanın müsəlman əhalisindən ibarət sülh heyətinin rus və amerika konsullarıyla apardığı danışıqlar bir nəticə\ vermir və qəsdən uzadılırdı. Ona görə də, Urmiyada xristian ordusunun türk-müsəlman əhaliyə qarşı başladığı soyqırım fevralın 24-də də davam etmişdir. Yalnız fevralın 25-də Urmiyanın türk-müsəlman əhalisinin təslim olub “xristian ordusu”nun şərtlərini qəbul etməsindən sonra qırğınlar nisbətən azaldı. Ancaq buna qədər Urmiyada ən azı 10 min türk-müsəlman əhali aysorlarla ermənilərdən ibarət “xristian ordusu” tərəfindən soyqırıma məruz qalmışdır (3, s.129)
Urmiyanın Türk-müsəlman əhalisi “xristian ordusu”nun şərtlərini qəbul edib, şəhəri onlara təslim etdikdən sonra qırğınlar nisbətən azalsa da, ancaq soyqırımın davamı təhlükəsi qalmaqda idi. Çünki müsəlmanlar xristian ordusunun şərtlərinə görə silahlarını təhvil versələr də, onlar yenidın soyqırıma başlamaq üçün bəhanə axtarırdılar. Belə bir bəhanə Marşimonun öldürülməsi oldu ki, 1918-ci ilin martın 18-dən etibarən “xristian ordusu” yenidən Urmiyada kütləvi qırğınlar törətdilər (6, s.120). Aysorlarla ermənilərin birləşmiş hərbi qüvvələri yalnız martın 18-də Urmiyada 10 mindən çox türk-müsəlman əhalisini öldürdü (3, s.162). Bu qırğınların əsas başçısı da Marşimonun öldürlüməsindən onun yerinə keçirən Petros İllu idi.
“Xristian ordusu” Urmiyadan sonra ən böyük qırığınlardan birini Azərbaycanın Salmas şəhərində həyata keçirdilər. Belə ki, 1918-ci il aprelin başlarında Salmasıda “Xristian ordusu” fəallaşaraq, Salmasın türk-müsəlman əhalisinə qarşı qırğına başladılar (6, 13-134). Bu faciədən canlarını qurtarmaq üçün Salmas əhalisinin bir qismi şəhəri tərk edib başqa yerlərə gedərkən onların çoxu yolda soyuq hava nəticəsində həlak oldular: “Onların çoxu, xüsusilə qadınlar və uşaqlar dözməyib həyatla vidalaşdılar. Yerdə qalanların bir dəstəsi peşiman olub şəhərə geri qayıtmış, bir dəstəsi isə çox böyük əzab-əziyyətlə özlərini Xoya çatdırmışlar” (3, s.177).
Ancaq Salmasın türk-müsəlman əhalisinin faciəsi bununla başa çatmadı. Aysorlarla ermənilər 1918-ci il aprelin 24-də Salmasın mərkəzi Dilməqanı ələ keçirərək türk-müsəlman əhalisini uşaq, qoca, qadın demədən hər kəsi öldürməyə başladılar: “Aysorlar bir sutka şəhər əhalisini qırdılar. Bütün bağlı qapıları qıraraq bir yerdə yüz nəfərin meyidini salırdılar. Uşağı ananın gözləri qarşısında, qardaşı qardaşın önündə öldürürdülər. Bəzilərini öldürdükdən sonra bədən üzvlərini kəsirdilər... Salmas və Urmiyanın kəndlərindən cilolar (aysorlar) və ermənilər divarları deşərək azərbaycanlı qadın və kişilərin başlarını oradan keçirir, ipə salır və bu ipi öküzə bağlayaraq bir dəfəyə başlarını üzürdülər” (3, s.193). Bütün bunlardan sonra, “xristian ordusu” 1918-ci il mayın 4-nə qədər Salmas və ətrafından topladıqları 40 min müsəlmanı Həftvan kəndinə və Sər qalasına, oradan da başqa yerlərə apardılar ki, nəticədə onların böyük qismi də yollarda həlak oldular (3, s.193).
Ermənilər və aysorlar tərəfindən Urmiyayla Salmasın Türk-müsəlman əhalisi soyqırıma məruz qaldıqdan və əhalisi xeyli dərəcədə boşaldıqdan sonra Şimali Azərbaycanda yaşayan Güney Azərbaycan türklərinin bir qisminin bu bölgədə məskunlaşdırılmasıyla bağlı Qacarlar dövləti qərar qəbul etmişdir. Burada əsas məqsad “xristian ordusu”nun soyqırımından sonra Urmiya və Salmasda sayları xeyli dərəcədə azalmış müsəlman əhalisinin bölgədəki balansını qorumaq idi (10, s.172).
Qeyd edək ki, Cənubi Azərbaycanın, o cümlədən Urmiya və Salmasın “xristian ordusu”nda qurtulmasında Osmanlı qoşunları mühüm rol oynadılar. Məhz Osmanlı ordusunun 4-cü korpusunun qəhrəmanlıqları nətrisəcində Urmiya və Salmas, eləcə də digər Azərbaycan kəndlərilə şəhərləri birləşmiş erməni-aysori ordusundan azad edildilər. Hər halda Şimali Azərbaycan kimi Cənubi Azərbaycanın da türk-müsəlman əhalisinin erməni-aysori hərbi birləşmələri ya da xristian ordusu tərəfindən tamamilə məhv edilməsindən qurtarılmasında Osmanlı dövləti, Osmanlı-Türk əsgəri fövqalədə rol oynamışdır.
Ümumilikdə, biz görürürk ki, 1-ci Dünya müharibəsi illərində Qacarlar dövlətinin tənəzzül dövrünü yaşamasından sui-istifadə edən Qərb dövlətləri (Böyük Britaniya, ABŞ, Fransa) və Rusiya açıq-aşkar şəkildə aysorlarla ermənilərdən ibarət yaratdığı “xristian ordusu”nun əliylə Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy bölgələrində Türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmişlər. Onların burada əsas məqsədi türk-müsəlman əhalisini tamamilə aradan qaldırmaq və həmin bölgədə yeni bir xristian dövləti yaratmaq idi. Qərb dövlətləri ermənilər üçün cənubi Qafqazda “Ermənistan” yaratmağa nail olsalar da, anaq Cənibi Azərbaycan və Şərqi Anadolu torpaqları hesabına Aysor-Erməni dövləti yaratmağa nail ola bilmədilər. Ancaq həmin Qərb dövlətlərinin ağılasığmaz əməlləri nəticəsində on minlərlə türk-müsəlman əhali əsasən aysorlarla ermənilərdən ibarət “xristian ordusu” tərəfindən sıoyqırıma məruz qaldılar.

yazimdan bir bölüm....

Faiq Ələkbərli,
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, f.ü.f. d., dosent

XƏBƏR LENTİ