“Taliban” qüvvələri Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar
Pakistan ordusu Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, dünən axşam “Taliban” hərəkatının qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar.
Pakistan ordusunun cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir sərhəd postu və tank atəş mövqeyi məhv edilib.
Toqquşmalar zamanı “Fitna əl-Həvaric” qruplaşmasının yüksək vəzifəli komandirlərindən biri zərərsizləşdirilib.