Baş vermiş yanğın tam söndürülüb
Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. Xeberdar.net məlumat verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Yanğın zamanı sexdəki ağac materiallarından hazırlanmış yeşiklər, avadanlıqlar və digər əşyalar yanaraq yararsız hala düşüb. Alovun şiddətlənməsi nəticəsində yaxınlıqdakı evlər də zərər görüb.
Hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.
Yanğının dəqiq başvermə səbəbləri və təfərrüatları araşdırılır.