Ərindən hamilə qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: yataq otağına girdi və... - Qəbələdə ŞOK OLAY

Ərindən hamilə qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: yataq otağına girdi və... - Qəbələdə ŞOK OLAY
Qəbələ rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Xəyal Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəyal Verdiyevin 29 oktyabr 2016-cı il tarixdən 30 oktyabr 2016-cı il tarixə keçən gecə, saat 04-də Qəbələ rayonunun Kürd kəndində valideynləri ilə birlikdə yaşadığı iki mərtəbəli həyət evinin birinci mərtəbəsində arvadı Səbinə Verdiyeva ilə aralarında mübahisə yaranıb.

Münaqişə zamanı Səbinə Verdiyeva Xəyal Verdiyevin valideynlərinin və onun ünvanına mütəmadi olaraq nalayiq söyüşlər işlədib, onları təhqir edib. Bundan əsəbiləşən Xəyal Verdiyev Səbinə Verdiyevanı boğaraq öldürüb.
“Valideynlərimi təhqir edirdi”

İstintaq orqanı tərəfindən Xəyal Verdiyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmək) maddəsi ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal Verdiyev bildirib ki, Səbinə ilə 27 iyul 2010-cu ildə ailə qurub və arvadı ilə atasına məxsus Qəbələ rayonunun Kürd kəndində yerləşən ikimərtəbəli evin birinci mərtəbəsində olan otaqda, valideynləri isə yan otaqda yaşayıblar: “Səbinə ilə olan nikahımızdan üç uşağım olub. Hadisə olan günədək uşaqlarım və valideynlərimlə birlikdə yaşamışıq. Evləndikdən sonra təxminən bir il normal ailə kimi yaşamışıq. Lakin sonra Səbinə mənə və valideynlərimə qarşı pis rəftar edib, onlara təhqiramiz ifadələr işlədib, tez-tez səbəbsiz dava-dalaş salıb”.

“Arvadım televizora baxırdı, uşaqlar ağlayırdı”

Xəyal Verdiyevin sözlərinə görə, Səbinənin müalicəsi ilə daim məşğul olmasına baxmayaraq, əri kimi ona hörmət qoymayıb, uşaqlara baxmayıb, uşaqların altını belə çox vaxt özü təmizləyib: “Səbinə gün ərzində heç bir iş görməyib, bütün günü televizora baxıb, dəfələrlə acıq edib atası evinə getsə də, ailəsinin dağılmaması üçün onu evə gətirib. Oktyabrın 29-da kəndin yaxınlığında heyvanları otararkən Səbinə mobil telefonuma zəng edərək tez evə gəlməyimi istədi. Evə gəldikdə, Səbinənin televizora baxdığını, uşaqların altını buladığını və ağladıqlarını gördüm”.
“Dayısının yanında yaşayacağını bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, Səbinəyə uşaqlara baxmasını deyib: “Səbinə ona göstəriş verməməyimi, ürəyi nə vaxt istəsə, onda da uşaqlara baxacağını bildirdi. Bundan sonra özüm uşaqların altını təmizlədim, onlara çay verdim və uşaqları yatırtmaq üçün televizorun səsini aşağı saldım. Bu vaxt arvadım yenidən televizora səs verdi və onunla mübahisə etməyə başladı. Səbinədən uşaqlara yatmağa imkan verməsini xahiş etdim. O, isə mənə və valideynlərimə qarşı təhqiramiz şəkildə nalayiq ifadələr işlətdi. Həmin gecə bütün kənd camaatını, prokurorluq və polis əməkdaşlarını evə yığacağını, məhkəməyə gedərək boşanmaq üçün müraciət edəcəyini, uşaqları ilə birlikdə Bakıda, dayısının yanında yaşayacağını bildirdi”.

“Dedi ki, sən kişi deyilsən”

Xəyal Verdiyev bildirib ki, onlar mübahisə edərkən uşaqlar artıq yatıb: “Dəfələrlə Səbinəni sakitləşdirməyə çalışsam da, Səbinə mənimlə mübahisə etməyə davam etdi. Dedi ki, sən kişi deyilsən. Onun bu sözü məni hövsələdən çıxardı. Bizim mübahisəmiz gecə saat 4-ə qədər davam etdi. Həmin müddət ərzində biz çarpayıda uzanmış vəziyyətdə olmuşuq. Səbinə iki dəfə duraraq kənd camaatını evə yığacağını dedi və çölə çıxmaq istəyəndə sinəsindən basaraq yatdığı yerə uzatdım. 3-cü dəfə Səbinə yerindən qalxmaq istədi. Yenə də onun yerindən qalxmasına mane olmaq istədim. Bu zaman Səbinə məni təpiklə vurdu”.

“Əsəbi olduğumdan boğazını sixdığımı hiss etmədim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Səbinənin vurduğu təpik zərbəsindən həddən artıq əsəbiləşib və hövsələdən çıxıb: “Bu zaman Səbinənin boğazından tutaraq uzandığı çarpayıya sıxdım. Ancaq həddindən artıq əsəbi olduğumdan Səbinənin boğazından necə sıxmağımı hiss etmədim. Səbinəni uzandığı çarpayıya sıxmağım təxminən 8 saniyə çəkdi. Bu zaman Səbinənin boğulduğunu görərək ona ağzımdan nəfəs verdim, su gətirdim. Lakin həmin vaxt Səbinənin hərəkətsiz olduğunu və nəfəs almadığını gördüm. Onun öldüyünü bildim. Dərhal atam və anamın yatdığı yan otağa keçdim. Atamı yuxudan oyadaraq Səbinəni boğaraq öldürdüyümü dedim. Atam məsləhət bildi ki, polis şöbəsinə gedərək təslim olmaq lazımdır. Ona görə atam məni özünə məxsus maşınla polis şöbəsinə apardı. Beləliklə, könüllü olaraq Qəbələ rayon polis şöbəsinə gedərək törətdiyim cinayət əməlimi etiraf etdim”.
“Hadisə məni sarsıdıb”

Təqisrləndirilən şəxsin ifadəsinə görə, hadisə olan zaman Səbinə hamilə olmayıb və bu barədə aralarında hər hansı mübahisə olmayıb: “Həmişə Səbinənin qayğısına qalmışam, onu mütəmadi olaraq həkimə aparmışam, müayinə və müalicə etdirmişəm. Anamdan və bacımdan artıq Səbinəyə diqqət göstərmişəm. Heç zaman Səbinəni öldürmək niyyətində olmamışam. Hadisə məni o qədər sarsıtmışdı ki, verilən cəzanı çəkib qurtarsam belə, çəkdiyim əzab və iztirablar məni rahat buraxmayacaq. Əməlimdən son dərəcə peşman olmuşam”.

“Qızım deyirdi ki, onu məcbur tövlədə yatırdıblar”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Məzahir Cabbarov bildirib ki, Xəyal Verdiyev bibisi qızının oğludur: “Qızım Səbinə uşaqlıqda bibim qızının yanında böyüyüb. Xəyalı əsəbi adam kimi tanıdığım üçün Səbinəni ona ərə vermək istəməsəm də, bibim qızına görə bu nikaha razı olmuşam. 7 ildir ki, qızım Səbinə Xəyalla evli olub, birgə nikahlarından 3 övladları olub. İlk bir il ərzində onların münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşib. Hətta bir neçə dəfə qızım yaşadığımız evə gələrək əri və onun valideynləri tərəfindən döyüldüyünü, məcburən tövlədə yatdığını deyib”.

“1 aylıq hamilə olduğunu deyib”

Məzahir Cabbarovun sözlərinə görə, sonradan qızı Xəyalla barışıb və yenidən evinə gedib: “Baş vermiş hadisədən bir neçə gün əvvəl Səbinə evimizə gələrək anasına 1 aylıq hamilə olduğunu, lakin 3 azyaşlı uşağa baxa bilmədiyi üçün uşağı aldırmaq istədiyini, Xəyalın və onun ailəsinin isə bunun üçün ona pul vermədiklərini bildirib. Səbinənin anası ona pul təklif etsə də, Səbinə razılaşmayıb. Xəyaldan heyvanlardan birini sataraq ona pul verməsini tələb edəcəyini bildirib”.

“Qızımın əri tərəfindən öldürüldüyünü dedilər”

Hüquqi varisinin ifadəsinə görə, oktyabrın 30-da, səhər saat 6-da yol kənarında qoyunları otardığı vaxt, qardaşı Rasimin nəvəsi Asif ona yaxınlaşaraq təcili evə getməsini deyib: “Evə girən zaman ailə üzvlərimin ağladıqlarını gördüm. Onlardan nə baş verdiyini soruşdum. Qızım Səbinənin əri Xəyal tərəfindən öldürüldüyünü dedilər. Lakin onun necə öldürülməsini ilk öncə bilməmişəm. Bu xəbərdən halım pisləşdi, sonradan Xəyalın 30 oktyabr 2016-cı il tarixə keçən gecə, saat 04-də yatdıqları otaqda qızı Səbinəni boğaraq öldürməsini öyrəndim”.

10 il 6 ay cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Verdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Onlar Xəyal Verdiyevin barəsində olan cəzanın artırılmasını istəyiblər.

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.(publika.az)

Ərindən hamilə qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: yataq otağına girdi və... - Qəbələdə ŞOK OLAY

  • 10-03-2018, 16:02
  • 346


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI