Şəhid qızını maşınla öldürən biznesmenin oğluna CƏZA TƏLƏBİ

749 13-03-2018, 15:39 kriminal / gundem

Şəhid qızını maşınla öldürən biznesmenin oğluna CƏZA TƏLƏBİ
Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən biznesmen oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış edərək Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Yeer Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızı vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.

R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov “Yeganə” şadlıq sarayının da sahibidir.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

XƏBƏR LENTİ