İMAM ZAMANIN MƏHSUL STADİONUNDA MİTİNQİ!

2 638 29-03-2018, 13:26 kose / siyaset / gundem

İMAM ZAMANIN MƏHSUL STADİONUNDA MİTİNQİ!
Mən demirəm müxalifət "süddən çıxmış ağ qaşıqdır". Təmsil olunduğum partiyadan tutmuş, ən radikal mövqe sərgiliyən partiyalara qədər, bütün partiyaların səfləri var. Heç kim bunun əksini iddia edə bilməz. Amma, ölkənin bu gündə olmasının günahkarı müxalifət deyil. Birinci xalq özüdür, ikinci rejim. Rejim ona görə ikincidir ki, futbolda belə bir deyim var, "rəqibin imkan verdiyi qədər oynamaq". Problem liderdə deyil. Günahı nə İsa Qəmbərdə, nə Əli Kərimlidə, nə Cəmil Həsənlidə, nə də İqbal Ağazadədə axtarmayın. Ən böyük günahkar xalq özüdür. Xalq öz talehinə biganədirsə, adlarını sadaladıqlarım neyləsin? Biz millət, xalq olaraq formalaşa bilməmişik. Biz kütlə olaraq yaşayırıq. Əgər, İmam Zaman belə qeybdən zühur edib gəlsə, desə ki, vaxtdır, zülmün kökün kəsməliyik, ayağa qalxın. İnanın ki, bizim millət qalxmayacaq. Nəyin ki, İmama, hətta Allaha qarşı çıxanlar belə olacaq. Ayağa qalxmamaqdan ötəri dinini dəyişənləri, məscidlərdə xütbə deyən, İmam Zamanın zühurunun tezləşməsinə dua edən mollaları, şeyxləri demirəm hələ. Rejimə yaltaqlıq etməkdən ötəri İmama müxalif partiya belə yaradacaqlar.
Bu gün Milli Şuranın təşkil etdiyi mitinqlərə lağ edən "ağıllılar" var. Nədi-nədi mitinqə az adam gedir. Hal bu ki, özlərinin dərisi yarmarkada heç 1 manatda deyil.
Xəyalı da olsa təsəvvür edək ki, İmam Zaman günü sabah zühur edib. Xalqı öz ətrafında birləşməyə çağırır. Mitinq keçirmək üçün "Məhsul" stadionunda yer verilib. Bilirsiz nə qədər adam gələcək? Dəqiq rəqəm deyə bilmərəm. Amma, Milli Şuranın mitinqinə gələn adamların sayından çox olmaycaq. Mitinqlərə getməmək üçün məscidlərdə əks təbliğatları demirəm hələ. "Xalq İmam Zamanın mitinqinə qatılmır, Ulu Öndərimizin siyasətini uğurla davam etdirən prezidentimizin ətrafında sıx birləşib" deyən Zurnalistlərin sayı hesabı olmayacaq. Bax biz buyuq. Biz 88-90-larda belə olmuşuq deyib öyünməyin. Mənə hazırki vəziyyətimizdən danışın. Reallıq göz önündədir.

MƏN NƏ DAHİYƏM, NƏDƏ ÖZÜMÜ ALİM HESAB ETMİRƏM. GÖRDÜKLƏRİMİ, BİLDİKLƏRİMİ YAZIRAM. İSTƏYİRSƏNİZ ASIN, KƏSİN MƏNİ. SÖYÜN, TƏHQİR EDİN. ONSUZDA YAXŞI HEÇ NƏ GÖZLƏMİRƏM. MƏN YAŞADIĞIM CƏMİYYƏTİ ÇOX GÖZƏL TANIYIRAM.

Elçin Aztürk

XƏBƏR LENTİ