Ənvər Ağazadə: “Qanunlara əməl etmədən azyaşlı uşaqları qul əməyinə cəlb edirlər”-Etiraz

1 444 21-06-2018, 16:10 siyaset / iqtisadiyyat / gundem

Ənvər Ağazadə: “Qanunlara əməl etmədən azyaşlı uşaqları qul əməyinə cəlb edirlər”-Etiraz
Son günlər pambıq tarlalarında işləyənlərin kütləvi zəhərlənməsi xəbərləri cəmiyyətdə ciddi narahatlıqla qarşılanıb. Eyni hadisənin Saatlı, İmişli və Tərtər rayonlarında davamlı olaraq baş verməsi vəziyyətin çox ciddi olduğunu göstərir.
Məsələnin ciddiliyini nəzərə alaraq Xeberdar.net Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadənin baş verənlərə münasibətini öyrəndib.

Ə. Ağazadə bildirdi ki,göründüyü kimi artıq pambıq sahələrində zəhərlənmə kütləvi hal alıb. Və baş vermiş hadisə yüzlərlə insanı əhatə edir. Hakimiyyət orqanları baş verənlərlə bağlı açıqlamalar versə də, bir çox hallarda hadisəni ört-bas etməyə, miqyasını azaltmağa çalışırlar. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlansa da, hələlik ortada ciddi nəticə yoxdur və pambıq tarlasında zəhərlənmələr davam edir.
Ənvər Ağazadə: “Qanunlara əməl etmədən azyaşlı uşaqları qul əməyinə cəlb edirlər”-Etiraz
“Daha böyük narahatlıq yaradan fakt isə zəhərlənənlər arasında 13-14 yaşlı uşaqların çoxluq təşkil etməsidir. Ölkəmiz Uşaq Hüqüqları ilə bağlı Beynəlxal Konvensiyalara qoşulub, uşaq hüqüqlarını qoruyan müvafiq qanunlar qəbul etsə də, təəssüf ki , bunların heç birinə əməl olunmur. Uşaqlar məcburi əməyə cəlb olunur. Bu cür hallar onu göstərir ki, qanunlara əməl etmədən azyaşlı uşaqları qul əməyinə cəlb edirlər.”-deyə sədr müavini qeyd etdi.
Ə.Ağazadə dedi ki, Konstitusiyada təsbit olunan hüquqi normalar cəmiyyətin digər üzvləri ilə yanaşı uşaqlara da aiddir. 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsində göstərilir ki, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Maddədə həmiçinin, uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Ancaq bütün bunlara rəğmən çox ciddi və qlobal bir problemlə üz-üzəyik. Söhbət uşaqların məcburi əməyə cəlb olumasından , yəni uşaq əməyinin istismarından gedir. Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq sənədlərdə də uşaq əməyindən istifadəni qadağan edir. Buna baxmayaraq Azərbaycanda sahibkarlarla yanaşı valideynlər də uşaq əməyindən istifadə edirlər. Bəzi hallarda valideynlər özləri uşaqları işləməyə məcbur edir, bilərəkdən övladlarının əməyindən gəlir mənbəyi kimi yararlanırlar. Belə vəziyyət uşaq əməyinin istismar hallarının aşkarlanmasına mane olur, onun qarşısının alınmasını mümkünsüz edir.
Ənvər Ağazadə: “Qanunlara əməl etmədən azyaşlı uşaqları qul əməyinə cəlb edirlər”-Etiraz
Azyaşlı uşaqların pambıq tarlasında təhlükəli bir işə cəlb olunması aidiyyatı qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalı, günahkarlar cəzalandırılmalı, həddi-buluğa çatmayanların əməyinin istismarına, vətəndaşların məcburi əməyə cəlb olunmasına son qoyulmalı, səhhətində problem yaranan insanlara keyfiyyətli tibbi yardım göstərilməli, zəhərlənmənin səbəbləri araşdırılmalı, baş verən hadisəyə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmlı, Azərbaycan vətəndaşına sağlamlığı təhlükə altında qoyulduğu və səhhətinə dəyən zərərə görə kompensasiya ödənməlidir.

Xeberdar.net

XƏBƏR LENTİ