“Həmin ərazilərin öz-özünə yanması çətin məsələdir” – Nazir müavini

559 3-08-2018, 12:05 cemiyyet

“Həmin ərazilərin öz-özünə yanması çətin məsələdir” – Nazir müavini
“Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır”.

bunu mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: “Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir: “Yəni, ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq”.

F.Əlizadə qeyd edib ki, sonsuzluğa qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil: “Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir”./Report

XƏBƏR LENTİ