Lukaşenko Rusiyaya od püskürdü: ”Ruslar bizə qarşı barbarcasına davranır...”

703 11-08-2018, 11:35 dunya

“Bizdən eləş bir şey tələb edirlər ki, guya biz onların vassalıyıq!..!
Lukaşenko Rusiyaya od püskürdü: ”Ruslar bizə qarşı barbarcasına davranır...”
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı haqsız rəqabət şəraiti yaratmasına və Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərini yerinə yetirməməsinə görə kəskin qınayıb.

Slavyan ölkəsi liderinin gözlənilməz çıxışı haqda xəbəri “Belta” (Belarus Teleqraf Agentliyi) yayıb. A.Lukaşenko bu gün səhər saatlarında “Qomselmaş” ASC-ni ziyarət edərkən belə deyib:
Lukaşenko Rusiyaya od püskürdü: ”Ruslar bizə qarşı barbarcasına davranır...”
“Mən “Qomselmaş”ı saxlamaq istəyirəm. İndi bizim üçün çətin bir dövrdür. Ruslar isə bizə qarşı barbarcasına davranır. Mən bunu açıq şəkildə deyirəm! Onlar bizdən elə bir şey tələb edirlər ki, guya biz onların vassalıyıq! Bizi dəvət etdikləri Aİİ çərçivəsində isə öz öhdəliklərini yerinə yetirmək istəmirlər. Ona görə də onlar qeyri-rəqabət vəziyyəti yaradırlar“, - deyə Belarusiya dövlət başçısı vurğulayıb.
Aleksandr Lukaşenko qeyd edib ki, Rusiyada “qeyri-rəqabət üstünlüyü” yaratdıqları üçün amerikanları və Qərbi günahlandırırlar. “Lakin onlar özləri bizim üçün eyni dərəcədə qeyri- -rəqabət qabiliyyətli şərait yaradırlar. Bu, hələ Rusiya prezidenti ilə söhbətimizin mövzusu olacaq. Lakin biz bu gün mövcud şəraitdə də çalışmalıyıq ", - deyə Belarus prezidenti bildirib. /moderator.az/

XƏBƏR LENTİ