GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!

1 210 12-09-2018, 10:36 siyaset / bolge / gundem

GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ  ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!

"Göyçay narı ilə yanaşı, yaşı 300 illə ölçülən çinarları ilə də məhşurdur. Bu çinarlar xalqın 300 illik tarixini öz gövdəsində yaşatdığından, tarixi abidə kimi dövlət tərəfindən qorunmaqla, onların kəsilməsi, bu və ya digər formada məhv edilməsi qadağandır və cinayət məsuliyyəti yaradır. Hər bir Göyçay sakini çox yaxşı bilir ki, çinarın yarpaqları həmişə sentyabr ayının sonu və oktyabr ayında tökülməyə başlayırdı ki, onu da süpürüb topa-topa yığaraq yandırırdılar. Son iki-üç ildə isə Göyçay çinarlarının yarpaqları erkən - demək olar ki, iyun ayının ortalarından tökülməyə başlayır."

Bu sözləri özünün feysbuk səhifəsində Göyçay rayon sakini.ictimai fəal İlqar Məhərrəmli yazıb.

GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ  ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!
İ.Məhərrəmli sonra qeyd edir:
"Bəs görəsən bunun səbəbi nədir? Araşdırmlarımız nəticəsində məlum olmuşdur ki, Göyçay çinarlarının erkən yarpaq tökümünün səbəbi biznes maraqları ilə bağlıdır. Belə ki, tökülmüş çinar yarpaqları iri qara selofanlara doldurularaq Bakı tütün kombinatına göndərilir. Orada da həmin quru çinar yarpaqlarının üzərinə yaş tütün yarpaqları səpilərək, bir neçə gün belə saxanılır. Belə olanda tütün yarpaqlarının iyi quru çinar yarpaqlarına hopur, sonra isə tütün yarpağı ilə qarışdırılaraq siqaret istehsal edilir. Çinar yarpağı yandırılanda boğucu iyi ilə yanaşı, öldürücü təsir də bağışlayır. İndi bu yarpaqlardan siqaret istehsal etməklə insan orqanizmində müxtəlif təhlükəli xəstəliklərin yaranmasına da yol açılır. Görəsən xalqın sağlamlığına birbaşa məsuliyyət daşıyan Səhiyyə Nazirliyi bu barədə nə düşünür??? Biz öz araşdırmalarımızı ortaya qoyduq. İndi bunu araşdırıb əsl həqiqəti ortaya qoymaq aidiyyatı qurumların işidir."
GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ  ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!
GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ  ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!
GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ  ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!
GÖYÇAYDA TARİXƏ ŞAHİDLİK ETMİŞ  ÇİNARLARIN QURUDULMASININ SİRRİ ...!!

Xeberdar.net

XƏBƏR LENTİ