Qarabağda yol qəzası – 3 erməni ölüb

845 15-11-2018, 11:43 bolge

Qarabağda yol qəzası – 3 erməni ölübAzərbaycanın işğal altında olan Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 etnik erməni ölüb.

“Report” “Sputnik Armeniya”ya isinadən xəbər verir ki, qəza işğal altında saxlanılan keçmiş Ağdərə rayonu ərazisində olub.

Bildirilib ki, hadisə “Opel Astra” markalı avtomobilin 300 metrlik yüksəklikdən dərəyə yuvarlanması nəticəsində baş verib.

Ölənlərdən 57 yaşlı Varazadat M. (Gümrü) və 33 yaşlı Andranik Ş. (Panik) Ermənistan vətəndaşıdır. Sürücü 53 yaşlı David.V-nın isə Azərbaycan vətəndaşı, Qarabağ sakini olduğu iddia edilir.

XƏBƏR LENTİ