Azərbaycanda dərs zamanı məktəbin divarları uçdu

Azərbaycanda dərs zamanı məktəbin divarları uçduAzərbaycanda orta məktəbdə uçqun hadisəsi baş verib.

A24.az xəbər verir ki, hadisə bir neçə gün bundan əvvəl Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məlumata görə, uzun müddətdir qəzalı vəziyyətdə olan məktəbin binasında dərs zamanı uçqun olub. Belə ki, təhsil müəssisəsinin koridorunun istinad divarları uçub. Həmin gün məktəbdə dərslər təxirə salınıb və şagirdlər evə buraxılıb.

Məlumatda bildirilir ki, bundan əvvəl də orta məktəbdə bir neçə dəfə uçqun hadisəsi olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, sözügedən tam orta məktəbdə, ümumilikdə 380 nəfər şagird təhsil alır.

Xatırladaq ki, analoji hadisə ötən ay Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə də baş vermişdi. Dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin dəhlizinin tavanı qəfildən uçmuşdu. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılmışdı və dərslər yarımçıq qalmışdı.


Azərbaycanda dərs zamanı məktəbin divarları uçdu
Azərbaycanda dərs zamanı məktəbin divarları uçdu

Azərbaycanda dərs zamanı məktəbin divarları uçdu

  • 24-12-2018, 11:24
  • 263


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  6. Deputatın mülkləri - siyahı
  7. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
  8. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  9. Avtomobillər toqquşdu - 1 ölü
  10. İsmayıllıda reyd keçirilib - FOTOLAR
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI