SURİYADA İRANIN AZALAN NÜFUZU VƏ RUSLARLA HƏRBİ QARŞIDURMA:Moskva Dəməşqi üzüyola etmək üçün bu ölkədə iqitsadi böhran yaradır – Təhlil

584 26-04-2019, 17:25 dunya

SURİYADA İRANIN AZALAN NÜFUZU VƏ RUSLARLA HƏRBİ QARŞIDURMA:Moskva Dəməşqi üzüyola etmək üçün bu ölkədə iqitsadi böhran yaradır – Təhlil  Mihnad əl-Həc Əli

Al-Modon (Livan), 22.04.2019

Rusiya 1982-ci ildə xəbərsiz itkin düşən İsrail əsgərinin meyitini İsrailə verəndə İrana meydan oxuyub. Bu insident ötən həftə Suriyada Rusiya və İran güclərinin toqquşmasına gətirən ardıcıl hadisələr düzümündə yeni həlqə olub. Gərginliyin yeni burumu Suriyanın fosfatlar və limanlar (Tartus ruslar, Latakiya iranlılar üçün) kimi cüzi resursları, habelə ərazilərə və strateji obyektlərə nəzarət uğrunda mübarizə fonunda meydana çıxıb.

Məlumatın böyük qismi mötəbər deyil, amma yoxlanmış faktlar da var. Rusiya Suriya rejimi ilə işbirliyində ola-ola 1982-ci idə itkin düşmüş İsrail əsgərinin meyitini duyulası hər hansı güzəştsiz israillilərə verib. Rusiya hərbi polisi Suriya ərazisini “Hizbullah”a yaxın qruplaşmaların təhlükəsindən qorumaq üçün Livan-Suriya sərhədində qoşun yerləşdirib. Habelə bəllidir ki, İsrailin İran mövqelərinə və İranyönlü könüllülərə hücumlarını əlaqələndirmək üçün Rusiya və İsrail orduları arasında qaynar xətt var. Bu, iranlılar və müttəfiqləri üçün təhqirdir. Rusiya əsgəri öz iranlı “yoldaş”ını salamlayır, sonra qırağa çəkilir ki, israillilər onu öldürə bilsinlər. O, reyd haqda qabaqcadan bilir və ola bilsin, “meyiti öldürmək və onun dəfninə getmək”dən yana israillilərə hədəfi bəlirləməkdə yardım edir. 80-ci illər Şərq gəncliyi arasındakı populyar oyun çağdaş gerçəkliyi daha yaxşı təsvir edir – gənc dairəyə girir və yoldaşlarını görmürsə, onlardan zərbələr alır. Və fərq bundan ibarətdir ki, iranlı dairədən çıxmır və ruslar, israillilər, amerikalılar və hətta suriyalılardan zərbələr alır. O, dairəni tərk etmir və təslim olmur.

Keçən həftə iki keçmiş müttəfiq arasındakı gərginliyin yeni səviyyəyə qalxdığı Suriya torpağında Rusiya-İran rəqabəti haqda xeyli sayda xəbər ortalığa çıxıb.

Rusiya İsrail əsgəri Zaxariya Baumelin meyitini İsrailə verdikdən sonra bir çox kütləvi informasiya vasitələri ehtimal ifadə edib ki, İsrail casusu Eli Koenin meyiti ilə bağlı da eyni şey baş verəcək. Son məlumata görə, bu, artıq mayda İsrailə verilə bilər. Bu, iki ölkə arasında əsas həll edilməmiş məsələlərdən biridir və güman olunur ki, Colan təpələri daxil olmaqla Suriya-İsrail münaqişəsinin əhatəli həlliylə birgə müzakirə olunacaq. Rusiya əsas məsələləri müzakirə etmədən və hətta iranlılar və müttəfiqlərilə məsləhətləşmədən meyiti necə qaytarıb? Ağla gələn ilk cavab Suriya məsələsinin həllinin iranlılar və ya onların könüllülərinin deyil, Rusiyaın əlində olduğudur.

Mübadilə – ilk ismarıcdır. İkincisi isə bundan ibarətdir ki, Rusiyanın prioritetləri İranın prioritetlərindən əsaslı fərqlənir. Bu gün Rusiyanın əsas prioritetləri Suriyanın və Suriya rejiminin benəlxalq ictimaiyyətin gözündə bərpası, qaçqınlar probleminin həlli, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə saxlanması daxil olmaqla yeni siyasi həllin tapılmasıdır. Suriya bütün beynəlxalq şərtləri yerinə yetisin deyə rejimə basqı göstərmək üçün Suriya iqtisadi böhranının güclənməsində Rusiyanın dolayı iştirakı ehtimalı var.

Rusiya-İran gərginliyinin ikinci səbəbi təhlükəsizlikdir. Rusiya Suriya ərazisinə nəzarət edir və çox gözəl münasibətləri olan iki tərəflə – Türkiyə və İsraillə güc balansını saxlayır. Ruslarla yaxınlaşmaq və S-400 kompleksinin alqısı üzündən Türkiyə, ABŞ və Qərb dünyası arasındakı münasibətlər çat verir. Yüksək mal dövriyyəsi, mədəni mübadilə və şəxsi təmaslar daxil olmaqla İsrail də ruslarla yaxşı münasibətlərə malikdir. Bu qayda ilə İranyönlü və Rusiyayönlü güclər arasında toqquşmalar barədə çoxsaylı xəbərlər gerçəklikdən uzaq deyil. Suriya rejiminin Beyrutdakı qaynaqları qapalı toplantılarda Suriyada Rusiyanın xeyrinə olaraq İran nüfuzunun aşağı düşdüyündən danışmağa başlayıblar.

Suriyada Rusiya nüfuzunun xeylıi gücləndiyi hərbi və güc qurumları səviyyəsində xüsusən gözə dəyir. Son məlumatlara görə, Rusiyayönlü general Səlimə Hərbə Suriya ordusu qərargahının rəisi təyin edilib. Kütləvi informasiya vasitələri isə Respublika Qvardiyasının komandiri Tələl Məxlufun Malik Əlinin xeyrinə istefası kimi daha ciddi dəyişikliklərdən danışır.

Rusiya və İran hərbçiləri arasındakı toqquşmalar tammiqyaslı qarşıdurmaya çevrilməz, çünki bu, İranın siyasi və iqtisadi maraqlarının gerçəkləşməsinə mane olur. Lakin Rusiya və İran arasında münasibətlərin dəyişilməsi qanunauyğun sual doğurur: İranın iştirakının önlənməsi və nəzarət Rusiya üçün prioritetdirmi?

Qarşıdakı həftələr bu suala işıq salmağa yardım edə bilər.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ