Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda

651 11-09-2019, 11:46 dunya

Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda29 yaşlı iranlı qadın özünü yandırandan sonra dünyasını dəyişib.

O, kişilərin futbol yarışına getməyə cəhddə ittiham olunurdu.

Sevimli “İstiqlal” komandasının rənginə görə “Mavi qız” ləqəbini daşıyan Səhər Xodayari Tehranda xəstəxanada dünyasını dəyişib.

Təsdiqlənməmiş məlumatlara görə, o, ötən həftəsonu keçinib, ancaq şiələrin müqəddəs Qum şəhərində yüksək təhlükəsizlik tədbirləri altında dəfn olunandan sonra xəbər sentyabrın 9-da yayılıb.

Səhər sentyabrın 2-də məhkəmənin qabağında üstünə benzin tökərək yandırıb. Futbol oyununa baxmaq üçün stadiona keçməyə cəhd edəndən sonra ona ittiham irəli sürülmüş, dindirilməyə çağırılmışdı.

Bacısı əvvəllər də intihara cəhd etdiyini deyir

Qadının bədəninin 90 faizindən çoxu yanmış, ağciyərləri zədələnmişdi.

Bacısı Səhərin biopolyar affektiv pozuntudan əziyyət çəkdiyini, əvvəllər də intihara cəhd etdiyini deyib. Bacısı İran mediasına deyib ki, həbsindən, altı aylığa həbs oluna biləcəyini eşidəndən sonra əqli durumu pisləşib.

Qadının sözlərinə görə, martın ortasında bacısı mavi parik qoyub, uzun plaş geyinərək Tehrandakı Azadi stadionuna girməyə cəhd göstərib. Səhər onun üzərində axtarış aparmaq istəyən mühafizə əməkdaşlarına qadın olduğunu söyləyib.

“Onu elə oradaca həbs ediblər”, – bacısı sentyabrın 5-də Shahrvandonline.ir-ə müsahibəsində deyib.

Səhərin saxlanması, intihara cəhdi və ölümü sosial mediada böyük narazılıq yaradıb. Dövlətin qadınları 40 ilə yaxındır stadionlara buraxmaması pislənilir.

Son illər qadınlardan ibarət seçmə qruplar futbol yarışlarına buraxılır.

Sadiq qadın futbol azarkeşlər isə bəzi hallarda bu qadağanı pozaraq kişi paltarında stadiona keçirlər.

İranın qızı…

“O, İranın qızıydı”, – deputat Parvaneh Salahşouri deyib. O, ölkədə kişilərin qadınların yerinə qərar verdiyini, onları təməl hüquqlarından məhrum etdiyini sözlərinə əlavə edib.

“Bu ölkənin Səhərlərinin həbsi və yandırılması üçün hamımız məsuliyyət daşıyırıq”, – Salahşouri Twitter-də yazıb.

“İstiqlal” komandasının bəzi oyunçuları sosial mediada Səhərin ölümündən kədərləndiklərini, onun mücadiləsindən “utanc hissi keçirdiklərini” yazıblar.

Milli komandanın oyunçusu Huseyn Mahini Səhər Xodayarinin şərəfinə tanınmış futbol karikaturaçısı Omar Momaninin çəkdiyi rəsmi paylaşıb.
Ötən həftə adı çəkilməyə rəsmi deyib ki, gənc qadın üzünü örtmədiyinə və təhlükəsizlik əməkdaşları ilə toqquşduğuna görə saxlanıb.

Bu arada FIFA da İrana qadınların futbol yarışlarına qoyulmuş qadağanı ləğv etməyə, azından yüngülləşdirməyə çağırır. (azadliq.org)

XƏBƏR LENTİ