Aran Regional Elektrik Təchizatı və Satışı idarəsinin rəisi Canəhməd Əhmədov imişliləri təhqir edib - İDDİA

1 412 23-10-2019, 11:26 siyaset / cemiyyet / bolge / gundem

Aran Regional Elektrik Təchizatı və Satışı idarəsinin rəisi Canəhməd Əhmədov imişliləri təhqir edib - İDDİA
Ötən gün redaksiyaya İmişli rayonundan kfayət qədər ciddi hesab ediləcək məlumat daxil oldu. Xatırladaq ki, məlumatı təsdiq edəcək fakt - “Həqiqətin güzgüsü” adlı qəzetdə dərc edilən məqalənin surəti də redaksiyadadır.

İmişli rayon Aranlı kənd sakini Ələkbərov Fizuli Söyüdmalı oğlu həmin qəzetin redaksiyasına etdiyi müraciətdə bildirir ki, İmişli rayonunda yerləşən Aran Regional Elektrik Təchizatı və Satışı idarəsinin əməkdaşları onun iştrakı olmadan guya sayğacdankənar xətdən istifadə etdiyi üçün ona 530 manat məbləğində cərimə aktı tərtib ediblər. Şikayətçi bildirir ki, məsələnin araşdırılması üçün idarəyə müraciət edib. Əsl mərəkədə bundan sonra başlayıb. F.Ələkbərovun iddiasına görə həmin vaxt Energetika nazirliyinin əməkdaşı Asəf Razayev də orda olub. Şikayətçi iştirakı təmin edilmədən tərtib edilən aktın ləğv edilməsini tələb edərkən ona kobud şəkildə bunu etməyəcəklərini və “hara istəyirsən şikayət et, İmişli rayonunda biz nə deyiriksə o olmalıdır” – deyə bildiriblər.
Şikayətçinin iddasına görə nazirliyin əməkdaşı Asəf Razayev və Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov onu ələ salaraq, “İmişlidə kişi yoxdur, siz imişlilər kişi deyilsiniz” – deyə bildiriblər. Məsələ ilə əlaqədar şikayətçi müxtəlif instansiyalara müraciət etsə də, hələ ki, onu eşidən yoxdur.
Aran Regional Elektrik Təchizatı və Satışı idarəsinin rəisi Canəhməd Əhmədov imişliləri təhqir edib - İDDİA

Xatırladaq ki, bir neçə il bundan əvvəl Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı da eyni məzmunlu ifadə işlətdiyi üçün bir cümlə nəinki əyalətdə, o cümlədən ölkədə də ciddi rezonans yaratmışdı. Necə ola bilər ki, sıradan bir məmur yüz mindən çox əhalisi olan bir region haqqında həqarətlər yağdırır? Və məsələnin ən pis tərəfi isə rayon rəhbərliyinin, o cümlədən hüquq-mühafizə orqanlarının bu məsələyə biganə münasibətidir.

Mövzuya qayıdacağıq.

Radaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Xeberdar.net


Aran Regional Elektrik Təchizatı və Satışı idarəsinin rəisi Canəhməd Əhmədov imişliləri təhqir edib - İDDİA

XƏBƏR LENTİ