Daha bir Xalq Artistimiz vəfat etdi

1 201 16-04-2020, 11:50 medeniyyet

Daha bir Xalq Artistimiz vəfat etdi
Azərbaycan Respublikasının Xalq Artisti bu günmaştağada dəfn ediləcək

Azərbaycanın xalq artisti, aktyor Rafiq Əliyev vəfat edib. R.Əliyev 71 yaşında dünyasını dəyişib. Bu barədə sənətçinin həmkarları paylaşım ediblər. Mərhum bu gün Maştağa kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Rafiq Hacıbaba oğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub, 1970-cu ildə institutu bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

30 ildən artıq müddətdə teatrda çalışıb. 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülüb.

Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görülmüş, 2005-ci ildə "Humay" ictimai milli mükafatını almışdı.

31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.
Daha bir Xalq Artistimiz vəfat etdi

Allah rəhmət eləsin!


Xeberdar.net

XƏBƏR LENTİ