Bəlkə də düşmənlərimiz bizim özümüz qədər bizə zərər vurmur - XƏYAL BƏŞİROV

955 30-05-2020, 06:53 sosial

Bəlkə də düşmənlərimiz bizim özümüz qədər bizə zərər vurmur - XƏYAL BƏŞİROV
Bəlkə də düşmənlərimiz bizim özümüz qədər bizə zərər vurmur. Artıq bir həftə tamam olur ki, bizim sosial şəbəkələr Ramil Səfərovun erməni zabitini öldürməsini müzakirə edir.

Xeberdar.net xəbər verir ki, bu sözləri Siyasi şərhçi Xəyal Bəşirov öz Feysbuk hesabında yazıb. O həmçinin bildirib ki, Bu gün də bir çox saytlar yazır: “Şok, şok! Ramilin Markaryanı necə öldürməsinin təfərrüatları bəlli oldu”. Sonra da deyirik ki, biz düşmənlərimizlə informasiya müharibəsi aparırıq. Hazırda apardığımız mübarizənin mövzusu nədir? Bir Azərbaycanlı, bir ermənini necə öldürüb. Yəni, öldürən bizimki, ölən isə “fağır düşmən”. Ermənilərə də bu lazımdır da. Elə bizimkilərin yazdıqlarını dünyaya car çəkməklə özlərinə xal qazansınlar. Özləri bizlərə qarşı o boyda soyqırımları, qətliamları, faciələri və qlrğınları törədiblər. O reallıqların hamısı qalıb bir kənarda, bizim reytinq uğrunda mübarizə aparan bir çox saytlarımızın müzakirə mövzusuna baxın. Bizim başımıza gələnləri isə bir gün qalmış əksəriyyətimizin Feysbuk yadına salır, həmin gün müzakirə olunur, sonra yenə yaddan çıxır. Bu cür mübarizə ilə nə əldə etmək olar, bir daha düşünmək lazımdır...

Bəlkə də düşmənlərimiz bizim özümüz qədər bizə zərər vurmur - XƏYAL BƏŞİROV

XƏBƏR LENTİ