Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və şəhidlərin ailələri ilə görüş keçirilib

378 7-11-2021, 10:04 ---

Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və şəhidlərin ailələri ilə görüş keçirilibZəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.

Xeberdar.net-in Müdafiə Nazirliyinə istinadən məlumatına görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.

Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.
Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və şəhidlərin ailələri ilə görüş keçirilib
Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və şəhidlərin ailələri ilə görüş keçirilib
Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və şəhidlərin ailələri ilə görüş keçirilib



Xeberdar.net

XƏBƏR LENTİ