DİN qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib

DİN qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildiribDaxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Xeberdar.net-ə bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.

Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.

"Xüsusən valideynlər diqqətli olmalı, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - DİN rəsmisi vurğulayıb.

DİN qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib

  • 13-01-2022, 12:38
  • 223


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI