Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub

391 26-03-2022, 11:33 kriminal

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olubBakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ