Aşıq Sevil Xıdırova ad günündə " Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif olundu.

7 543 5-05-2022, 20:20 cemiyyet / medeniyyet

Aşıq Sevil Xıdırova ad  günündə  " Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif olundu.Ədalət Nəsibov adına musiqi tədris mərkəzinin rəhbəri, aşıq Sevil Xıdırova ad günündə aşıq sənətinin inkişafı yolunda göstərdiyi xidmətə görə Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri və idarə heyətinin qərarı ilə " Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif olundu. Dədə Ələsgər Ocağı, Mirvarıd Dilbazi Poeziya Məclisi, Aşıq Pəri Məclisi adından təbrik edirəm və üzümü Sevil xanıma tuturam:

Bu gün sənin ad günündü, saz dünyamızın sevilən Sevili. Ad gününün mübarək olsun, əziz bacım.
Kaş hamı sənin kimi ola, əziz bacım. Bu dünyada hər kəs əməlinnən, xoş işlərinnən dünyada tanınır. Sən qalmaqaldan uzaq,, zəhmətinnən tanınnan hörmətli- izzətli Azərbaycan xanımısan. Var ol. Heç vaxt nə özün, nə sözün, nə sazın kökdən düşsün. Ustad Ədalət Nəsibovun adını uca tutub, xatirəsinə ehtiram duyğunuzu ifadə edib yaratdığınız məktəb saz sənətinin inkişafı yolunda uğur qazanacağına ümidliyəm. Yaratdığın Aşıq Ədalət Nəsibov adına Musiqi tədris mərkəzi ömrünün bir parçası, uğurudu. Rəvanə, Fəridə, Leyla, Əsgər, Elşad, Orxan, Fazilə, Bətül, Aytən, Famil kimi sinəsində saz cövlan edən şəyirdlərin bu gün sənin yetirmələrindi və saz dünyamıza töhfəndi. Uğurlar sənə, əziz Sevilim.
Ad gününün ən gözəl hədiyyəsi uğurların və sənin sevənlərin sağlığı olsun. Sənə can sağlığı, Dədə Ələsgər ömrü, Dünyamalı Kərəm ömrü diləyirəm.

Sənə dərin ehtiramla: Güllü
Eldar Tomarlı

Aşıq Sevil Xıdırova ad  günündə  " Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif olundu.

XƏBƏR LENTİ