Bütöv Azərbaycan Ocaqları Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanat yayıb

811 11-08-2022, 19:49 siyaset / gundem

Bütöv Azərbaycan Ocaqları Zəngəzur dəhlizinin açılması ilə bağlı  bəyanat yayıb
Bütöv Azərbaycan Ocaqlarının Zəngəzur dəhlizinin açılması və İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb. Xeberdar.net-ə daxil olan bəyanatda deyilir:

"Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran adlanan ölkənin şovinist fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi

ərazisi haqqında həqiqətlər təhrif olunur, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirilir.

İran adlanan ölkənin uydurma “İran-Ermənistan sərhədinin bağlanması” bəhanəsi əslində onun anti-Azərbaycan və anti-Türk düşmənçiliyindən qaynaqlanır. Bu bir faktdır ki, şovinist fars rejimi illərdir ki,

işğalçı Ermənistan üzərindən erməni və kürd (PKK, PJAK və s.) terror örgütlərini bəstləyir, Ermənistan ərazisini narkotik və silah qaçaqmalçılığı üçün tranzit olaraq istifadə edir.

Ona görə də İran adlanan ölkə Zəngəzur dəhlizinin açılması ilə bağlı yersiz açıqlamaları ilə əslində bölgədə təhlükəsizlik və sabitliyə qarşı çıxır, regionun

siyasi və iqtisadi inkişafına mane olmaqla sülh və əməkdaşlığın yaranmasını istəmir.

Bu məqsədlə İran rejimi həm də himayə etdiyi terror-təxribat qrupları vasitəsilə din adı altında Azərbaycana qarşı fars siyasi şiəçilik təbliğatı aparır. Son günlərdə İranın radikal şiə ünsürlərinin anti-Azərbaycan fəaliyyətlərinin artması,

Londondakı Azərbaycan səfirliyinə hücumun təşkili və dövlət bayrağımızın təhqir olunması onun Azərbaycan dövlətçiliyinə qarşı ideolojik və terror xarakterli düşmənçiliyinin açıq sübutudur.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hər zaman Azərbaycan dövləti və dövlətçiliyinin yanında olacağımızı bəyan edir,

şovinist fars rejiminin bölgəsəl və qlobal strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ətrafındakı hədələyici tutumunu qınayır və şovinist fars rejimindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat planlarını dayandırmasını tələb edirik.

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 09 avqust 2022-ci il."

XƏBƏR LENTİ