Bütöv Azərbaycan Ocaqları İranda başlayan etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

Bütöv Azərbaycan Ocaqları İranda başlayan etiraz aksiyaları ilə bağlı bəyanat yayıbXeberdar.net-ə daxil olan bəyanatda deyilir:

"Azərbaycanın Güneyində Azərbaycan Türk milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, Ölüm olsun diktatora, ölüm olsun Xaməneyiyə!” şüarları ilə şovinist fars rejiminin zülmünə qarşı kütləvi etirazını ortaya qoyur. Xalqımız aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Azərbaycanın Güneyində milli-demokratik dövlətçilik istəyini səsləndirir.
Kütləvi etirazlarda qadın hüquqları, ətraf mühit və bütövlükdə Azərbaycan türk millətinin pozulmuş milli hüquqlarının müdafiəsi ilə bağlı əsasən Türk dilində səslənən milli şüarlar onu göstərir ki, Azərbaycanın Güneyindəki Milli Hərəkat müstəqildir, heç bir irançı cərəyana bağlı deyil və olmayacaqdır.
Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, millətimizdən və özəlliklə də qeyrətli Azərbaycan gənclərindən istəyirik ki, şovinist fars rejiminin faşist ideologiyası və basqıçı siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli istəklərini dünyaya Türk dilində səsləndirərək çatdırsınlar.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik".
BAO-nun Mətbuat Xidməti.
Bakı, 21 sentyabr 2022-ci il."

Xeberdar.net

Bütöv Azərbaycan Ocaqları İranda başlayan etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

  • 21-09-2022, 17:09
  • 1 919


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI