Putin Krım körpüsündəki partlayışı terror adlandırdı

390 10-10-2022, 10:30 dunya

Putin Krım körpüsündəki partlayışı terror adlandırdı“Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və sifariş edilib”

Rusiya Prezidenti Vladimir Putin Krım yarımadası ilə Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını açıqlayıb.

AYNA Rusiya mediasına istinadən bildirir ki, Kremlin "Telegram" kanalında yayılan videoda Putin hadisəni terror aktı adlandırıb.

"Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və sifariş edilib”, - Rusiya Prezidenti deyib.

Xeberdar.net

XƏBƏR LENTİ