“UKRAYNA ƏRDOĞANA MİNNƏTDAR OLMALIDIR...” - “Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir”

331 31-01-2023, 14:10 siyaset

“UKRAYNA ƏRDOĞANA MİNNƏTDAR OLMALIDIR...” - “Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir”“Ərdoğan bilir ki, 2024-də Rusiya ümumiyyətlə, olmaya da bilər”

“Rusiya indi yaralı heyvandır və o, tələyə düşmüş bu heyvandan bacardığı qədər tikələr qoparır

Son zamanlar NATO tərəfdaşlarının Ukraynaya göstərdiyi hərbi dəstək fonunda Türkiyənin adının çəkilməməsi bir çox suallara yol açıb. Söhbət ondan gedir ki, Almaniyanın, ABŞ-ın və digər NATO dövlətlərinin Ukraynaya tanklar, digər ağır hərbi texnikalar, hətta təyyarələr və raketlər verəcəyinə dair bəyanatlar, kəşfiyyat məlumatları və s. səsləndirilsə də, bu sırada Türkiyənin adına demək olar ki, rast gəlinmir. Bu səbəbdən Qərbdə və Ukraynada bir çoxları Türkiyənin Rusiya ilə yaxın tərəfdaşlıq əlaqələrinə malik olduğu üçün guya Ukraynaya dəstək göstərmədiyinə dair təsəvvür yaratmaq istəyirlər.


“AzPolitika.info” xəbər verir ki, Ukrayna kanallarından birinə bu mövzuyla bağlı açıqlama verən tanınmış yəhudi əsilli ukraynalı politoloq və publisist Mixail Şeytelman Ukraynanın Rusiyaya qarşı savaşında Türkiyənin, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğanın oynadığı rolu kifayət qədər dolğun və səlis şəkildə izah edib.
“UKRAYNA ƏRDOĞANA MİNNƏTDAR OLMALIDIR...” - “Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir”
Jurnalistin “nədən Ukraynaya ağır hərbi texnika, tanklar verən ölkələr sırasında Türkiyənin adı yoxdur” sualına politoloq belə cavab verib: “Doğrudur, biz tanklarla bağlı hələ ki, Türkiyədən heç nə eşitməmişik. Amma unutmayaq ki, bizə daim silah verən, o cümlədən də ağır silahlar verən ölkələr sırasında Türkiyə öncül yerlərdədir. Türkiyə demək olar ki, buna hamıdan əvvəl başlayıb. Səhv etmirəmsə, Türkiyədən əvvəl yalnız Avstraliya bizə silah verməyə başlamışdı. Biz Türkiyədən ilk zirehli transpartyorları hardasa may ayında almağa başlamışıq.

Bundan az öncə Ərdoğanın Rusiyaya səfərləri ilə eyni vaxtda məlumat yayıldı ki, Bolqarıstan və Rumıniya ərazisindən bizə Türkiyəyə aid yeni zirehli transpartyorlar gətirilir. Odur ki, sabah Türkiyədən hansısa miqdarda tank gəlsə, buna təəccüb etmərəm. Axı, türklər hər tində qışqırmırlar ki, biz Ukraynaya “Bayraktar” veririk. Hansı ki, bunu verirlər və hamı da bunu bilir. Onlar bunu elan etməyə borclu deyillər... Məsələn, Şolts hər dəfə almanların qarşısına çıxaraq, bu barədə hesabat verməli olur. Ərdoğanınsa buna ehtiyacı yoxdur”.
“UKRAYNA ƏRDOĞANA MİNNƏTDAR OLMALIDIR...” - “Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir”
Şeytelman deyib ki, Türkiyə Ukraynanın hərbi müttəfiqidir və buna heç bir şübhə ola bilməz: “Onlar bizim aşkar hərbi müttəfiqimizdir. Heç bir sorğu-sualsız”.

Bu dəfə aparıcı bildirib ki, digər NATO müttəfiqlərindən fərqli olaraq, Türkiyənin Ukraynaya verdiyi silahları ona pulla satdığına dair iddialar var.


Buna da Şeytelman məntiqli şəkildə aydınlıq gətirib: “Doğrudur, onlar bizə bəzi sialhları pulla satırlar. Amma yeri gəlmişkən, deyim ki, bu həftə onlar bizə daha iki “Bayraktar”ı pulsuz hədiyyə ediblər. Lakin indi, yəni, müharibə davam etdikcə, pul barədə söhbətləri ümumiyyətlə, unutmaq lazımdır. Çünki Ukrayna hazırda Qərbin maliyyə köməyi hesabına yaşayır. Büdcənin yarısı Qərbin yardımından ibarətdir. Maliyyə baxımından nə qədər lazımdırsa, Qərb bizə pul verəcək və müharibənin sonuna qədər biz bu hesablaşmalardan azadıq. Müharibədən sonra isə bu borclar silinəcək. Yəni, biz heç kimə bir qəpik də qaytarmayacağıq. Odur ki, bunlar texniki məsələlərdir və heç buna toxunmağa da dəymir. Deməli, Türkiyə bizə nəyisə pulla satırsa, bunun pulunu biz yox, Almaniya, yaxud Hollandiya, ya da başqa birisi ödəyəcək. Yəni, söhbət Avropanın müstəqilliyindən gedərkən, pul önəm daşımır. Onlar üçün 10 milyard, ya yüz milyard heçnədir”.

Şeytelman Ərdoğanın qarşıdan gələn seçkilərdə qalib gəlmək perspektivləri barədə danışarkən isə deyib ki, Ərdoğan uduzsa, buna çox təəccüblənər.
“UKRAYNA ƏRDOĞANA MİNNƏTDAR OLMALIDIR...” - “Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir”
Türkiyə Prezidentinin Rusiya rəhbərliyi ilə münasibətlərinə gəlincə də politoloq maraqlı fikirlər səsləndirib: “Ərdoğan yenidən seçilsə, heç nə dəyişməyəcək. Heç bizə bunun dəyişməsi də lazım deyil. Ərdoğanı Rusiya ilə münasibətlərinə görə qınamaq lazım deyil. Əslində, Ərdoğan Rusiyanı sadəcə, “soyur”. Bəli, Ərdoğan sözün əsl mənasında Rusiyanı “soyur”. Bu gün Rusiya ona öz qazını demək olar ki, maya dəyərindən də aşağı qiymətə satır. Deməli, Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir. O, əslində Rusiya ilə əməkdaşlıq etmir, sadəcə, onu “soyur” və düz də edir. Rusiya indi yaralı heyvandır və o, tələyə düşmüş bu heyvandan bacardığı qədər tikələr qoparır. Buna görə Ərdoğana minnətdar olmalıyıq. Onu tərifləməli və təşəkkür etməliyik”.

Ukraynalı politoloq daha bir maraqlı məqama toxunaraq qeyd edib ki, Ərdoğan Rusiyadan qəpik-quruşa aldığı təbii qazın bir hissəsini Ukraynanın enerji təminatına yönəltməyə nail olur: “Deməli, Ərdoğan Rusiyadan “Türk axını” ilə getməli olan və qəpik-quruşa başa gələn qazı alır və deyir ki, biz bunun pulunu bu il yox, 2024-cü ildə verəcəyik. Eşitmisiniz də bunu. Ərdoğan deyir ki, 2023-də aldığım qazın pulunu 2024-də verəcəyəm. Niyə belə deyir? Çünki Ərdoğan bilir ki, 2024-də Rusiya(indiki formada) ümumiyyətlə, olmaya da bilər. Daha sonra, bildiyiniz kimi, Ərdoğan bizə gəmilər göndərir. Həmin gəmilərdə elektrik stansiyaları quraşdırılır. Bu gəmilər Rumıniyanın ərazi sularında yer alacaq və Moldova ilə Ukraynaya elektrik enerjisi verəcək. Bu stansiyalar isə Rusiya qazı ilə işləyəcək. Deməli, Türkiyə Rusiyadan demək olar, pulsuz aldığı qazla Odessanı işıqlandıracaq. İndi biz bunu Türkiyənin Rusiya ilə iqtisadi əməkdaşlığı adlandıra bilərikmi? Yox. Ərdoğana afərin deməliyik ki, onları barmağına dolayıb. Əlbəttə, onlar(Rusiya) da bunu başa düşürlər. Lakin onların başqa çıxış yolları da yoxdur, bu qazı harasa verməlidirlər. Ona görə də buraxın Türkiyə Rusiyadan nə qədər istəyir qazansın”.

Şeytelman deyib ki, əsas məsələ Türkiyənin Rusiyanı sanksiyalardan yayındırmamasıdır: “Ərdoğan Rusiyaya gizli texnologiyalar vermir ki? Vermir. Onlara çip vermir ki? Vermir. Türkiyə sanksiyalardan yayınmaq sistemi kimi istifadə olunmur...”
“UKRAYNA ƏRDOĞANA MİNNƏTDAR OLMALIDIR...” - “Türkiyə bizim Rusiyanı iqtisadi cəhətdən “soyan” müttəfiqimizdir”
Sonda aparıcı xatırladıb ki, Türkiyə Qara dənizi də Rusiya hərbi gəmilərinin üzünə bağlayıb. Şeytelman isə əlavə edib ki, Türkiyənin Ukraynaya dəstəyi təkcə bu sadalananlarla yekunlaşmır: “Təkcə bu deyil. Hərbi əməkdaşlıq baxımından Türkiyə birmənalı olaraq bizim tərəfimizdədir. Diplomatiyanı da unutmayaq. Hərbi cəhətdən onlar bizimlədirlər. İqtisadi baxımdan Rusiya ilə əməkdaşlıq edirlər, onlardan qazanırlar, afərin. Ancaq diplomatiya da var və burada da Türkiyə bizimlədir. Bütün bu danışıqlardan sonra hər dəfə, hər raundda Ərdoğan eyni mantranı təkrarlayır: ”Rusiya Krım da daxil olmaqla, bütün torpaqlardan qoşunlarını çıxarmalıdır”. Yaxşı, bundan artıq nə desin və daha nə tələb edə bilərik?...”

Qeyd edək ki, doğrudan da zaman-zaman Ukrayna mediasında və siyasi mühitində Türkiyənin və Ərdoğanın Rusiya ilə münasibətlərinə dair qərəzli və qeyri-peşəkar şərhlərə rast gəlinir. Məsələn, “Ukrainskaya pravda” nəşri bu sarıdan xüsusi seçilir. Əlbəttə ki, bunda da Qərbdəki Türkiyə əleyhdarlarından tutmuş, erməni lobbisinə qədər bir çox qüvvələr maraqlıdır. Lakin Mixail Şeytelmanla bərabər, Aleksey Arestoviç, Dmitri Qordon, eləcə də Ukrayna mediasında böyük populyarlıq qazanmış həmyerlimiz Ramiz Yunus və bir sıra digər tanınmış təhlilçilər və jurnalistlər öz obyektiv mövqeləri ilə Türkiyənin siyasətinə aydınlıq gətirilər. Şeytelmanın yuxarıda bir hissəsini təqdim etdiyimiz şərhi isə Türkiyənin nə qədər incə siyasət yürütməyi bacaran və eyni zamanda da etibarlı tərəfdaş statusunu qoruyub saxlaya bilən ölkə olduğunu ortaya qoyur.

Sonda onu da xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibə başlayandan bu günə kimi rəsmən ən çox minnətdarlıq etdiyi ölkələr sırasında Türkiyə ilk yerlərdə durur.

“AzPolitika.info”

XƏBƏR LENTİ