Tovuzda yük maşını yandı: sürücü xəsarət aldı

135 27-08-2023, 22:10 hadise

Tovuzda yük maşını yandı: sürücü xəsarət aldıTovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.

Axar.az-ın məlumatına görə, yük yerində 3 ton ot bağlaması olan ZİL markalı avtomobildə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü N.Səfərov yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ