Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

100 19-09-2023, 09:43 hadise

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandıSentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Xeberdar.net-ə bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ