Masazırda yaşayış binasında yanğın olub: səkkiz nəfər təxliyə edilib

103 20-09-2023, 09:46 hadise

Masazırda yaşayış binasında yanğın olub: səkkiz nəfər təxliyə edilibQonşu mənzillər yanğından mühafizə olunub

Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, səkkiz nəfər təxliyə edilib. Xeberdar.net-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ