Bakıda sərnişin avtobusu "Kamaz"a çırpıldı: ölən var

140 22-09-2023, 11:30 hadise

Bakıda sərnişin avtobusu "Kamaz"a çırpıldı: ölən varBakının Sabunçu rayonunda sərnişin avtobusunun "Kamaz"a çırpılması nəticəsində bir nəfər ölüb.

Xeberdar.net-in məlumatına görə, hadisə avtobus Balaxanı qəsəbəsindən H.Əliyev prospekti istiqamətdə hərəkətdə olarkən baş verib.

Qubad Ələsgərov idarə etdiyi Çinar MMC-yə məxsus "Korsan" markalı sərnişin avtobusu ilə yolun sağ tərəfində dayanan "Kamaz" markalı yük avtomobilini vurub. Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Adikə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

XƏBƏR LENTİ