Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

114 23-09-2023, 13:39 hadise

Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürübXəstəxanaya yerləşdirilən piyadanı xilas etmək mümkün olmayıb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb. Xeberdar.net APA-ya istinadən məlumat verir ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ