Bakıda qətl: 26 yaşlı şəxs öldürüldü

144 24-09-2023, 20:27 hadise

Bakıda qətl: 26 yaşlı şəxs öldürüldüBakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Axar.az Nəsimi rayon prokurorluğundan məlumat daxil olub.

Qeyd olunub ki, sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

XƏBƏR LENTİ