Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi təlimatçılar göndərmək istəyini bəyan etməsindən sonra Almaniya kansleri Olaf Şolts alman əsgərlərin döyüş bölgəsinə göndərilməsi ideyasını bir daha açıq şəkildə rədd edib.
Xeberdar.net-in məlumatına görə, bu barədə NTV məlumat yayıb.
Şolts Almaniyanın eskalasiyanın qarşısını almağa davam edəcəyini qeyd edib:
"Ukraynada nə bizim ölkədən, nə də NATO-dan əsgərlər olacaq".