Vəzifəli şəxslər məhkəməyə gəlməkdən imtina etdi – İşə polis qarışacaq

786 11-06-2018, 11:07 kriminal

Vəzifəli şəxslər məhkəməyə gəlməkdən imtina etdi – İşə polis qarışacaq
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, əlavə şahid qismində dəvət olunan şəxslərdən heç biri məhkəməyə gəlməyib.

Hakim Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin oğlu, İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Anar Qocayev və “ATA Bank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev və Dəmiryolu Yükdaşıma Ekspeditor əməkdaşı Azər Məmmədov və Sumqayıt İplik Fabrikinin rəhbəri Elson Aydınov barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Buna görə proses iyunun 20-dək təxirə salınıb.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin sabiq başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.

həmin şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi iyunun 20-ə təyin edilib.

Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib Hüseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Rahib Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.

O, Cinayət Məcəlləsinin 178.3.2 -ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Arif Əsgərovun digər oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həns edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 49 milyon manatlıq mənimsəmə işində hallanır.

XƏBƏR LENTİ