İsraildən çağırış: Bu ərazini tərk edin!

11 Bu gün, 11:24 dunya

İsraildən çağırış: Bu ərazini tərk edin!İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Edri X hesabında paylaşım edib.

O, ölkənin cənubundakı Sucid kəndinə zərbə endiriləcəyini bildirib.

Sözçü bölgə sakinlərinə təxliyə çağırışı edərək, əhalidən Zəhrani çayının şimalına çəkilmələrini istəyib.