Milli Hidrometeorologiya Xidmətinin 18 iyul saat 10:00-a olan məlumatına görə, ölkə ərazisinin əksər rayonlarında hava əsasən yağmursuz keçib. Gecə və səhər saatlarında isə bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.
Ən çox yağıntı Qaxın Sarıbaş kəndində qeydə alınıb – 29 mm. Digər rayonlarda yağıntının miqdarı Şəkidə 4 mm, Gədəbəydə 2 mm, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın və Qubadlıda isə 1 mm olub.
Müşahidələrə əsasən, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33°, Naxçıvan Muxtar Respublikasında 35°, Aran rayonlarında 37°, dağlıq ərazilərdə isə 25 dərəcəyədək isti qeydə alınıb.