Gecə yarısı Astarada yaşayan ucqar kənd sakininə zəng gəlir. Yəqin oğlumdur, dəyib həyacanla telefona cavab verir:
- Alo...
- Salam, əmi.
- Vəaleykum salam.
- Mən oğlunuzun komandiriyəm.
- Lap yaxşı, komandir. Bəs bu vaxtı zəng etməyə səbəb nədir? Olmaya o dələduz nəsə edib?
- Xeyr, o...
- Komandir, o mənim ən sevdiyim oğlumdur. Buna baxmayaraq onu Vətənə qurban demişəm! Mənimlə açıq danış, gəlim yoxsa gəlişinizə hazırlaşım?!
Komandir doluxsunub susur... Onu kişinin "alo" səsi özünə gətirir. O kisiyə: -Əmi hazırlıq gör, sabah gətirəcəyik, - deyir. Ata tam təmkinlə yenidən dillənir: - Komandir, ehtiyatda olan zabitəm. Birinci Qarabağda döyüşüb yaralanmışam. Səni zabit şərəfinə and verirəm düzünü de, oğlum döyüşüb kişi kimi ölübmü?!
Komandir, hönkürtü ilə: - Tək başına düşmənin diversaya qrupunun qarşısını alıb. Onlara ağır itkilər verib. Əsl döyüşçü kimi şəhid olub.
- Aha... Bax bu ən yaxşı xəbər oldu. Sağ ol, Komandir! Sabah səni də oğlumun cəsədini də gözləyirəm. Vətən sağ olsun!
Bax bizlər belə atalara görə varıq və yaşayırıq.
(Elgun Gencimsoy)